Você tem bom gosto!
Inicie sessão para seguir seus artistas favoritos, salvar eventos e muito mais.
Show
Röya
Sex., 4 de dez. de 2026
20:00 GMT+1
Reservar um Hotel
Lembrar

Encontre um lugar para ficar
Siga facilmente seus artistas favoritos sincronizando sua música.
Iniciar

Artist bio
Özünəməxsus səsə və zəngin repertuara sahib olan Röya 14 iyun 1982-ci ildə doğulmuşdur. Yaradıcılığa ilk dəfə 1999-cu ildə Vaqif Gərayzadənin “W Trio” qrupunun üzvü olaraq başlamışdır. 2002-ci ildə solo karyerasına başlayan sənətçi qısa müddətdə bir çox layihələr təqdim edir və 2005-ci ildə “Səninəm” hiti ilə zirvəyə qalxır. Bu uğurun ardınca “Bu Gecə” adlı ilk solo konserti Azərbaycanın ən böyük səhnəsi Heydər Əliyev sarayında baş tutur. 2006-cı ildə uğurlu çıxışını “Darıxmışam” adlı solo konsertlə davam etdirir. Sənətçi “Ulduz Nəğməsi”, “Bahar”, “Həsrət Nəğməsi”, “Gəl Danış” kimi mahnılarla və hər il böyük komanda ilə hazırladığı konsertlərlə 2000-ci illəri zirvədə tamamlayır. 2010-lar Röyanın yaradıcılığında “Sənə Görə”, “Bəlkə Də” kimi hitlər ilə iddialı başlayır. Bunun ardınca Türkiyədə böyük musiqi şirkətləri ilə müqavilə imzalayaraq yaradıcılığını paralel olaraq iki ölkədə davam etdirir. Röya nüfuzlu "Altın Kelebek" mükafatını Azərbaycana gətirən ilk azərbaycanlı ifaçıdır. Milyonların sevimlisi Röya 2023-cü ildə “14/41” albomunu yeni yaşına qədəm qoyarkən təqdim etdi. Yeni onillikdə onun “Dəli Kimi”, “Tut Əlimdən”, “Zülmətəm” mahnıları milyonlarla baxış əldə etmişdir. Hitə çevrilən mahnıları, çoxsaylı pərəstişkar ordusu olan sənətçi yaradıcılığını aktiv şəkildə davam etdirməkdədir.
Ler maisGenres:Pop
Cidade natal: Baku, Azerbaijan

